EN

Ukraynada nə qədər rus hərbçisi öldürülüb? NATO nun məlumatı

Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya ordusunun Ukraynada itkiləri bir milyon nəfəri keçib, onlardan 250 mini ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun yüksək rütbəli rəsmisi Haaqa sammitində keçirilən brifinqdə DW-yə bildirib.

Onun sözlərinə görə, alyansın qiymətləndirməsinə görə, iqtisadi baxımdan Rusiya ən azı 2027-ci ilə qədər müharibə apara biləcək.

NATO-nun Baş katibi Mark Rütte Haaqada NATO sammiti başlamazdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə Kiyevi bundan sonra da dəstəkləyəcəyinə əmin edib. Rütte xatırladıb ki, bu il müttəfiqlər artıq Kiyevə təxminən 35 milyard avro həcmində təhlükəsizlik yardımı göstərəcəklərini vəd ediblər. Onun sözlərinə görə, alyans mümkün olan hər şeyi edəcək ki, sülh gələndə Ukrayna “o qədər güclü olsun ki, Vladimir Vladimiroviç Putin bir daha heç vaxt ölkənin bir kvadrat kilometrini ələ keçirməyə çalışmasın”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
yeniavaz.com

1Sources