EN

Tramp: “Ukraynadakı müharibəni 24 saata bitirəcəyimlə bağlı sözlərim sarkazm idi”

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibəni 24 saat ərzində dayandıra biləcəyi ilə bağlı öncəki açıqlamasının sarkazm olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, o, ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirib-etdirməyəcəyi ilə bağlı dəqiq mövqe açıqlamayıb:

“Bu məsələni nəzərdən keçirəcəyik”, – deyə Tramp qeyd edib.

Prezident həmçinin Vaşinqtonun Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərmək imkanını da araşdıracağını deyib.

Eyni zamanda o vurğulayıb ki, belə sistemlərə ABŞ-ın özü də ehtiyac duyur.

Natiq Səlim,
KONKRET.az

Chosen
44
50
konkret.az

10Sources