EN

Ukraynada kritik DÖYÜŞLƏR: Ruslar strateji əraziləri ƏLƏ KEÇİRDİ

Rus ordusu Donetsk vilayətinin Andreyevka və Konstantinopol adlı yaşayış məntəqələrini ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə “DeepState” layihəsi özünün  “Telegram” kanalında məlumat yayıb.

“Düşmən Andreyevka və Konstantinopolu işğal edib, həmçinin Alekseyevka, Dneproenerqiya və Şevçenko yaxınlığında da irəliləyişə nail olub”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl analitiklər bildirirdi ki, ruslar cəbhədə ləng, amma davamlı şəkildə irəliləməyə çalışırlar. Ruslar Donetsk vilayətindəki Yablonovka, Novoukrainka və Şevçenko yaşayış məntəqələri yaxınlığında uğurlar əldə ediblər.

Ukraynanın “Xortitsa” əməliyyat-strateji qruplaşmasından verilən məlumata görə, ruslar bütün istiqamətlərdə hücumlarını davam etdirir. Lakin Ukrayna müdafiəçiləri öz mövqelərini qoruyub saxlayırlar.

UNİAN-ın xəbərinə görə, dünən analitiklər qeyd ediblər ki, Rus ordusu Novomıxaylivkanı ələ keçirib, həmçinin Radkovka, Grekovka, Nelipovka, Romanovka, Novotoretskoye, Qolubovka və Leonidovkada irəliləyib.

Eyni zamanda, iyunun 22-də Ukrayna qoşunları Sumı rayonunun Andreyevka kəndini ruslardan azad edib. “DeepState” analitikləri həmçinin bildiriblər ki, ruslar indi Privolnoye və Şevçenkove yaxınlığında irəliləyib. Analitiklər əlavə edirlər ki, Andreyevkanın azad olunması sayəsində Ukrayna qüvvələri sol cinahlarını sabitləşdirməyə müvəffəq olublar. Onların sözlərinə görə, 225-ci müstəqil hücum alayı uzun müddət davam edən döyüşlərdən və rus qüvvələrinin kənddə təmizlənməsi əməliyyatından sonra Andreyevkanı tam nəzarətə götürüb.

Musavat.com

Chosen
39
40
musavat.com

10Sources