EN

Putinin yeni təklifinə İlham Əliyev necə reaksiya verəcək?

Vladimir Putin iyunun 27-də Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşünün Sankt-Peterburqda keçirilməsini təklif edəcək.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bu görüş Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasına təsadüf edə bilər.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib: 

“Prezidentimiz ənənəyə uyğun olaraq dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin bütün liderlərinin iştirakı ilə qeyri-rəsmi, Yeni il qabağı görüşü üçün görüşməyi təklif edəcək”.

Uşakov qeyd edib ki, Rusiya tərəfi “belə bir variant təklif edib liderlərin buna necə reaksiya verəcəyini görəcək”.


Telegram kanalımız
Chosen
99
32
yenisabah.az

10Sources