Vladimir Putin iyunun 27-də Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşünün Sankt-Peterburqda keçirilməsini təklif edəcək.
Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bu görüş Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasına təsadüf edə bilər.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib:
“Prezidentimiz ənənəyə uyğun olaraq dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin bütün liderlərinin iştirakı ilə qeyri-rəsmi, Yeni il qabağı görüşü üçün görüşməyi təklif edəcək”.
Uşakov qeyd edib ki, Rusiya tərəfi “belə bir variant təklif edib liderlərin buna necə reaksiya verəcəyini görəcək”.
Telegram kanalımız