EN

Tramp: NATO-nun kollektiv müdafiə prinsipini tam dəstəkləyirəm

BAKI, 25 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsində əks olunan kollektiv müdafiə prinsipinə sadiq olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Haaqada keçirilən NATO sammiti çərçivəsində Niderlandın Baş naziri Dik Şuflə görüşü zamanı jurnalistlərin sualını cavablandırarkən deyib.

“Mən bu prinsipin yanındayam. Məhz buna görə də buradayam. Əgər onunla razı olmasaydım, bu sammitə qatılmazdım”, – o qeyd edib.

Xatırladaq ki, NATO-nun 5-ci maddəsinə əsasən, üzv ölkələrdən birinə silahlı hücum baş verərsə, bu, bütün Alyansa edilmiş hücum kimi qiymətləndirilir və üzvlər birgə cavab vermə öhdəliyi daşıyır.

Chosen
36
teleqraf.com

1Sources