EN

ABŞ-də ildırım iyirmi nəfərə xəsarət yetirdi

ABŞ-nin Cənubi Karolina ştatında ildırım vurması nəticəsində ən azı səkkiz nəfər, həmçinin 12 uşaq xəsarət alıb.

Bu barədə CBS telekanalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, 12 zərərçəkən yerli klinikalara yerləşdirilib, onların ciddi xəsarət almadığı və həyati təhlükələrinin olmadığı qeyd edilib.

Hadisə su üzərində baş verib. Yerli Dominion Biç Park çimərliyi bağlanıb, təhlükəsizlik yoxlaması aparılır.

Chosen
19
1
7news.az

2Sources