EN

"Barselona" yenilənən "Kamp Nou" ilə bağlı detalları açıqladı: Bu tarixdə qayıdırlar

"Barselona" rəsmi şəkildə "Kamp Nou" stadionuna qayıdacağı tarixi açıqlayıb.

Publika.az xəbər verir ki, Kataloniya klubu yenilənmiş ev stadionunda ilk oyununu 10 avqustda keçirəcək. Həmin gün ənənəvi Joan Gamper Kuboku çərçivəsində yoldaşlıq görüşü baş tutacaq.

Əvvəlcədən yayılan məlumatlara görə, "Barselona"nın rəqibi yüksək ehtimalla italiyalı "Komo" klubu olacaq. Həmin komandaya "Barselona"nın keçmiş oyunçusu Sesk Fabreqas başçılıq edir.

Qeyd olunub ki, "Kamp Nou" tam istifadəyə verilməyəcək. Stadionda yenidənqurma işləri hələ davam edir. Klubun rəsmi saytında bu qayıdış "tarixi an" kimi təqdim olunub:

"İki ildən çox davam edən genişmiqyaslı yenidənqurma işlərindən və Luis Kompanis adına Olimpiya Stadionuna müvəqqəti köçdən sonra ‘Barselona’ öz əfsanəvi məbədində yenidən futbol həyəcanını yaşayacaq.

Chosen
10
1
publika.az

2Sources