EN

Bütün İsrail məhsulları bazar rəflərindən yığışdırıldı

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İtaliyada bir mağaza şəbəkəsi Qəzzadakı hadisələrlə əlaqədar İsrail məhsullarını piştaxtalarından yığışdırıb.

 Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın aparıcı pərakəndə satış şəbəkələrindən biri olan Coop Alleanza 3.0 Qəzza zolağındakı hücumlara və blokadaya etiraz olaraq bəzi İsrail qida məhsullarını piştaxtalarından yığışdırmaq qərarına gəlib.

Şirkət yaydığı açıqlamada Yaxın Şərqdə baş verən humanitar böhrana biganə qalmayacaqlarını vurğulayaraq bu addımı atdıqlarını bildirib.

Bəyanatda deyilir: “Qəzza zolağında davam edən zorakılığa biganə qala bilməz və hər zaman və tərəddüd etmədən hərbi əməliyyatların dərhal dayandırılması çağırışında birləşən bütün qurumların, təşkilatların və birliklərin yanında olub. İsrail hökumətinin Qəzza zolağına humanitar yardımın göstərilməsinə mane olan blokadası da güclü şəkildə pislənir.”

Son həftələrdə bölgədə artan gərginliyin zənciri ardıcıl mövqe tutmağa məcbur etdiyi bildirilib. Bu çərçivədə Coop Alleanza 3.0, İsraildə istehsal edilən bəzi fıstıq və tahin növlərini və Sodastream markalı məhsulları mağazalarından geri çəkdi. Qeyd edilib ki, qərar Etika Komissiyasının bir müddət əvvəl əvvəlki idarə heyəti üçün hazırladığı hesabatın təsiri altında qəbul edilib.

Günel

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
icma.az

1Sources