EN

İran Ben-Qurion Universitetinə ciddi ziyan vurub

İran Ben-Qurion Universitetinə ciddi ziyan vurub

İran Beer Şeva Universitetində altı laboratoriyanı məhv edib.

İsrailin cənubundakı Beer Şeva şəhərindəki Ben-Qurion Universiteti iyunun 19-da İrandan atılan raket zərbəsi nəticəsində ciddi ziyan görüb.

AFN.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.

Qəzetin yazdığına görə, Ben-Qurion Universitetinə bağlı Beer Şevadakı Soroka Tibb Mərkəzinin ərazisinə raket düşməsi zamanı bu universitetin 6 tədqiqat laboratoriyası dağılıb, daha 9-u isə zədələnib.

Universitetdən bildirilib ki, raket hücumu nəticəsində tibb və biologiya sahələrində müxtəlif tədqiqat layihələri üzərində uzun illər aparılan işlərin nəticələri məhv edilib.

"Tibb elmləri fakültəsinin sinif otaqları, tədris laboratoriyaları və seksiya otağına da xeyli ziyan dəyib. Bundan başqa, universitetin əsas kampusunun ərazisində daha 30 müxtəlif binaya ziyan dəyib. Universitet rəhbərliyi hələ də dəymiş ziyanın miqyasını öyrənir: ilk hesablamalara görə, bu, onlarla, hətta bəlkə də yüz milyonlarla şekeldir", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, indiki məzənnə ilə 10 milyon şekel 2,93 milyon dollara bərabərdir.

Chosen
5
afn.az

1Sources