Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Moskvada Belarus vətəndaşı iranlı körpəni başı üstə yerə ataraq onu ağır yaralayıb. 18 aylıq uşaq həyatda qalmaq üçün mübarizə apararkən, narkotik maddə istifadə edən təcavüzkar həbs edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Şeremetyevo hava limanında 18 aylıq uşaq ağlasığmaz hücuma məruz qalıb. Belaruslu bir kişi sadəcə “iranlı olduğu üçün” uşağı ağır yaralayıb. Həmin anlar kameralara düşüb.
Heç kimin baxmadığından əmin olmaq üçün gözləyən uşağa yavaş-yavaş yaxınlaşan, birdən onu qucaqlayan və bütün gücü ilə başını yerə atan 31 yaşlı belaruslu Vladimir Vitkov Rusiya təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
İranda partlayışdan qaçaraq anası ilə Rusiyaya sığınan uşaq ağır kəllə sınığı və onurğa sümüyü zədələri ilə komada həyat mübarizəsi aparır.
Hücum zamanı hücuma məruz qalan uşağın hamilə anası uşaq arabası almaqla məşğul olub. Hadisə yerinə gələn insanlar dərhal köməyə gəliblər.
Vitkovun müayinəsinin ilk nəticələri şübhəlinin qanında marixuana olduğunu və narkotikin təsiri altında olduğunu göstərir. Hücum edən şəxsin üzərindən qeyri-qanuni maddələr də tapılıb.
Bildirilir ki, dindirilmə zamanı Vitkov polisə “Mən əvvəllər də belə səhvlərə yol vermişəm” deyib.
Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Kseniya Mişonova hücumu “ağrılı” adlandırıb və “Narkotik təsiri altında olan canavar hava limanında müdafiəsiz bir körpəni bütün gücü ilə yerə atıb” deyib.
Vitkov adam öldürməyə cəhddə ittiham olunur. Kiçik oğlan hələ də ölüm təhlükəsi altındadır.
Günel
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.