EN

İranın MAQATE qərarı anlaşılandır - Kreml

BAKI, TurkicWorld

İstanbul danışıqları başa çatdıqdan sonra yeni tarix müəyyən olunacaq.

TurkicWorld xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlarda əldə olunan razılaşmaların icrasından sonra yeni raundun tarixinin müəyyən ediləcəyini bildirib.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, həmçinin İran parlamentinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıran qanun layihəsini təsdiqləməsinə münasibət bildirib. O qeyd edib ki, bu qərar İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hücumların nəticəsidir və anlaşılan addım kimi qiymətləndirilə bilər.

Ermənistanda dövlət çevrilişi cəhdinə dair baş nazir Nikol Paşinyanın açıqlamasını da şərh edən Kremlin sözçüsü, “Bu, Ermənistanın daxili işidir. Biz orada qanunun, asayişin və sülhün qorunub saxlanılmasını, Ermənistanın sabit və Rusiyaya dost bir ölkə olaraq qalmasını arzulayırıq”, – deyə bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlarda bir sıra maddələr üzrə razılıq əldə edilsə də, onların icrası yeni danışıqların təyin olunması üçün əsas şərt kimi göstərilir.

Chosen
36
32
turkic.world

10Sources