EN

“Baku Electronics”də satılan bu televizora görə araşdırma başlandı

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Baku Electronics” fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.

Redaktor.az agentliyə istinadla xəbər verir ki, araşdırma “YOSHIRO” adlı televizorların satışı ilə əlaqədar aparılıb.

Nəticədə rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
16
redaktor.az

10Sources