EN

Haaqada liderlərin düzülüşünün verdiyi mesaj: Ərdoğan yeni əsas oyunçudur

NATO-nun Haaqa sammitində qrup fotosunda liderlərin düzülüşü dünya mətbuatında müzakirə olunur.

Publika.az xəbər verir ki, bu düzülüşün siyasi mesaj olduğu bildirilir. “The Washington Post” qeyd edib ki, Ukrayna prezidenti Zelenski artıq “ictimai sevimli” deyil.

“Qrup şəkli üçün mərkəzdə Niderland kralı dayanıb. Onun yanında isə Tramp və Emmanuel Makron və yeri gəlmişkən, siyasi arenada yeni əsas oyunçu adlandırılan Rəcəb Tayyib Ərdoğan durub”, - nəşr yazır.

Zelenskidən yalnız ikinci cərgədə durmağı xahiş ediblər - Ukraynanın prezidenti artıq birinci sıraya buraxılmır.

Chosen
7
publika.az

1Sources