EN

Bayram günlərində gözlənilən hava şəraiti

Finss.az - Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 26-dan 28-dək Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.

İyunun 26-da mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 19-22, gündüz isə 28-33 dərəcə isti olacaq. 27-də cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, gecə 20-22, gündüz 28-33 dərəcə isti gözlənilir. 28-də isə şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq, temperatur gecə 21-23, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin iyunun 27-si bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək çaxması və dolu düşmə ehtimalı var. Gecə və səhər saatlarında isə duman müşahidə oluna bilər. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

 

Chosen
15
49
fins.az

10Sources