EN

Qadın qadına faizə pul verdi, borcunu ala bilməyəndə çılpaq fotoları ilə şantaj etdi - MƏHKƏMƏ

Hədə-qorxu ilə tələbetmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər.
 
Vəkil deyib ki, müvəkkili zərərçəkmiş şəxsə çılpaq fotolarını göndərməyib və belə bir şantaj faktı olmayıb: "Biz işdə olan fotoların ekspertizadan keçirilməsini, şəkilin kimə məxsus olmasını müəyyən etmək üçün ekspertiza keçirilməsini isətdik. Amma təəssüf ki, vəsatətimiz təmin olunmadı".
 
Sona Əhmədovanın əməlində cinayət tərkibi olmadığını deyən vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
 
Digər vəkilləri də eyni tələblə çıxış ediblər.
 
Daha sonra təqsirləndirilən şəxs son söz deyib. O, vəkillərinin çıxışı ilə razı olduğunu, zərərçəkmiş şəxsin ona böhtan atdığını bildirib: "Səhər mən məhkəməyə gələndə yetkinlik yaşına çatmayan oğlum yaxamdan yapışdı, dedi ki, ana, sən qayıdacaqsan? Oğlum mənsiz qala bilmir. Mən günahsızam, bu zərərçəkmiş şəxsin böhtanı ilə mənə hökm oxumayın".
 
Daha sonra hökm elan edilib, Sona Əhmədovanın barəsində 4 il 11 ay 27 gün müddətinə azadlıqdan mərhumetmə cəzası təyin olunub.
 
Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
 
Qeyd edək ki, bundan əvvəlki iclasda çıxış edən dövlət ittihamçısı Sona Əhmədovanın 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.
 
İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onu yarıçılpaq şəkilləri ilə şantaj edib.
 
Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.
 
Sona Əhmədovanın barəsində cinayət məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Chosen
38
50
moderator.az

10Sources