EN

Kaja Kallas: “Kanadanın Avropa İttifaqına qoşulması mümkündür”

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə yeni ali nümayəndəsi Kaja Kallas Kanadanın Aİ-yə üzv olmasının mümkünlüyünü istisna etməyib.

O, bu barədə "Bloomberg" agentliyinə verdiyi müsahibəsində danışıb.

“Bilirsiniz, mənə belə bir sual verdilər — Kanada Avropa İttifaqına qoşulmaq istəyir? Mən də cavab verdim ki, bəlkə yeganə maneə odur ki, Kanada coğrafi olaraq Avropada yerləşmir. Amma onların da bu məsələyə cavabı var idi: Arktika vasitəsilə biz bağlıyıq. Beləliklə, kim bilir”, — deyə Kallas bildirib.

Chosen
6
aznews.az

1Sources