Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş iş rejimindəfəaliyyət göstərəcək.
Trendxəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumatyayıb.
Bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təminedilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtındaçatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxışkeçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkiledilib.
Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərindəBakı–Ağstafa–Bakı marşrutu üzrə 8 əlavə reys təyin edilib. Bumarşrut üzrə sürət qatarı həmin tarixlərdə saat 09:15-də BakıdanAğstafaya, 17:00-da Ağstafadan Bakıya yola düşəcək.
Bakı–Qazax–Bakı xətti üzrə hərəkət edən müasir sürətli qatarlarqarşıdakı qeyri-iş günlərində də hər gün hər iki istiqamətdəənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə 26 və 27 iyun tarixlərində 4əlavə reys təyin edilib. Bu marşrut üzrə qatarlar həmin günlərdəhər iki istiqamətdə hərəkətdə olacaq. Qatar Bakıdan Qəbələyə saat07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişinqatarları həftənin həm şənbə, həm də bazar günləri hər ikiistiqamətdə hərəkət edir, o cümlədən 27 və 28 iyun tarixlərindəeyni qaydada fəaliyyət göstərəcək.
Bayram günlərində Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğunolaraq vaqon sayı artırılıb. Belə ki, 25 iyunda Bakıdan, 26 iyundaisə Balakəndən hərəkətə başlayacaq qatara əlavə 6 vaqon qoşulub.Ümumilikdə bu marşrut üzrə qatar hər gün saat 23:50-də BakıdanBalakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edir. Marşrutüzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dördaralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.
26, 27 və 28 iyun tarixlərində Abşeron dairəvi dəmir yolumarşrutu üzrə qatarların hərəkəti həftənin şənbə gününün cədvəliəsasında təşkil ediləcək. 29 iyunda isə qatarlar bazar günü qrafikiilə hərəkət edəcək.
Həmçinin ADY-nin 24/7 fəaliyyət göstərən 1822 Əlaqə mərkəzi dəbayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.
Sərnişinlər qatarların hərəkət cədvəli ilə tanış olmaq və biletəldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile”tətbiqini yükləyə bilərlər.