TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə rəqəmsal savadlılığın əsaslarını öyrətməkdir. Həmçinin, cəmiyyətin rəqəmsal rifahını davamlı şəkildə dəstəkləmək çərçivəsində TikTok bütün istifadəçilər üçün istirahət etməyə və yuxuya hazırlaşmağa kömək edən meditasiya fasilələrini istifadəyə verib.
Qısa videolar üçün aparıcı platforma olan TikTok, Azərbaycanda yerli istifadəçilərin təhlükəsizliyini əsas prioritet kimi görür və yaradıcı fəaliyyət üçün dost mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi təmin etmək məqsədilə TikTok ən son innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində çalışan on minlərlə peşəkar mütəxəssislərin əməyindən istifadə edir. Xüsusilə, platformada 24/7 rejimində aparılan moderasiya prosesi İcma Qaydalarını pozan videoməzmunu silir.
Onlayn təhlükəsizlik barədə maarifləndirici videolar
Platforma təkcə təhlükəli məzmunu proaktiv şəkildə silməklə kifayətlənmir, həm də istifadəçilər üçün risklərin qarşısını almağa çalışır və bu məqsədlə öz istifadəçilərinin maarifləndirilməsinə investisiya yatırır. TikTok Azərbaycanda rəqəmsal savadlılığın və təhlükəsiz məzmunun yaradılmasının əsaslarını təşviq etmək üçün ilk təşəbbüsünü - məşhur məzmun yaradıcılarından Azərbaycan dilində #ÖncəTəhlükəsizlik adlı maarifləndirici videolar silsiləsini təqdim edir. Bu videolar istifadəçilərə platformada davranış qaydalarını və faydalı alətləri xatırlatmağı hədəfləyir:
• @donmazhussein potensial olaraq İcma Qaydalarını poza biləcək məzmunlar barədə necə şikayət etmək lazım olduğunu izah edib.
• @qarajda platformada nifrət və ayrı-seçkilik təzahürlərinə qəti qadağa qoyulduğunu vurğulayıb.
• @rusmaster.rusdili istifadəçiləri ayıq-sayıq olmağa və dələduzların tələlərinə düşməməyə çağırıb.
• @dailybaku valideynlərə yeniyetmələrin təhlükəsizlik parametrlərini idarə etməsinə imkan verən “Ailə Parametrləri” funksiyasını xatırladıb.
• @myvan_life TikTok-un yalnız 13 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulduğunu qeyd edib.
• @rufan_amiraslanov platformada təhlükəli hərəkətlərin nümayişinə icazə verilmədiyini bildirib.
Oxuməni.az