ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Aparıcı Azər Qərib yeni dələduzluq növündən danışıb.
Axşam.az xəbər verir ki, aparıcı videoaçıqlama yayaraq ona bank işçisi adı ilə zəng edən şəxsdən söz açıb. O bildirib ki, indi də dələduzlar onun kartından pul oğurlamaq istəyiblər:
"Zəng edib ki, filan bankın təhlükəsizlik əməkdaşıyam. Sizin nömrəniz dəyişilib, olub filan adamın adına. Deyirsən, yox. Qayıtdı ki, nömrənizi deyin dəyişək. Başladım ki, hansı filialda oturursan, müdirin kimdir? Bilirəm ki, dələduzdur. Yadınızda olsun, heç kimə nömrə verməyin. Bir-iki sual verəndən sonra telefonu söndürdü. Mənə keçmədi, yəqin kiməsə edə bilib".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.