Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi məlum olub. Metbuat.az xəbər verir ki, bu vəzifəyə “Araz-Naxçıvan”ın rusiyalı baş məşqçisi Yevgeni Kukseviç gətirilib.Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyinatı təsdiqlənib. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.Milli komandanı son olaraq Vitali Borisov çalışdırıb.