EN

Attraksionlara nəzarət gücləndirilib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə vədağ-mədən işlərində, o cümlədən attraksionların istismarı iləəlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətinidavam etdirir.

Trend xəbərverir ki, Agentlik yay fəsli ilə əlaqədar insanların kütləvişəkildə istifadə etdiyi respublikanın şəhər və rayonlarındakımüxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsizistismarının təmin olunması məqsədilə texniki təhlükəsizliktələbləri ilə bağlı nəzarət-yoxlama tədbirlərini gücləndirib.

Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşlarıntəhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlardaqanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılırvə müəyyən edilən nöqsanların aradan qaldırılması üçünattraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelətövsiyələr verilir. Diqqətə çatdırılır ki, attraksionlar təhlükəpotensiallı qurğular olduğu üçün onların istismarına cavabdehşəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsizistismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı,attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəmüddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxışkeçirilməlidir.

Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanlarınhəyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionlarınistismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılmasıvə nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki vəhüquqi şəxslərdən tələb olunur.

Həmçinin, həyata keçirilən tədbirlər çərçivəsindəattraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşənvəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanıhəyata keçirilməli olan operativ tədbirlər barədə attraksionişçilərinə ətraflı məlumat verilir.

FOTO: Xanlar Əlizadə

Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Attraksionlara
Chosen
17
16
az.trend.az

10Sources