Moldovalı deputat: “AŞ PA və Azərbaycan qarşılıqlı addım atmalıdır”
Moldova Parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Jhon Qroza Gununsesi.info-ya ekslüziv açıqlamasında Azərbaycanla Avropa Şurası arasındakı gərginliyi şərh edib.
Azərbaycan nümayəndə heyətinin artıq ikinci ildir ki, AŞ PA -dan kənarda qalmasından təəssüfünü bildirən moldovalı deputatın sözlərinə görə, üzv ölkədə insan haqları problemləri varsa, onu dialoqla həll etmək lazımdır:
“Bizim deputat qrupunun əvvəldən də mövqeyi fərqli idi. Biz hesab edirik ki, kənarlaşdırmaqla nəticə əldə etmək mümkün deyil. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin qayıtmasına şərait yaradılmalıdır. Nümayəndə heyəti qayıtsa, bütün məsələləri danışıqlarla həll etmək olar. Moldova nümayəndə heyətinin mövqeyi belədir”.
Onun sözlərinə görə, üzv ölkədə insan haqları problemləri varsa, onu dialoqla həll etmək lazımdır: