EN

Sertifikasiyadan yüksək bal toplayan müəllim: Bu imtahan bizi inkişaf etdirir

42 saylı tam orta məktəbin informatika müəllimi Nazpəri Ağazadə sertifikasiya imtahanından 58 bal toplayıb.

AzEdu.az-a təəssüratlarını bölüşən müəllim qeyd edib ki, artıq 4 ildir bu peşədə çalışır və imtahandan razı qalıb:

“İmtahandan çox razı idim. Suallar hər üç səviyyəyədə - asan, orta və çətin idi. Həmçinin imtahan tam şəffaf şəkildə həyata keçirildi. Nəticəmdən çox sevinirəm”.

Nazpəri Ağazadə vurğulayıb ki, sertifikasiya imtahanları müəllimlərin inkişafında mühüm əhəmiyyət daşıyır:

“Sertifikasiya imtahanı bir müəllimin inkişafında müsbət rol oynayır. Müəllimin əsas vəzifələrindən biri də öz üzərində daim işləməkdir. Bu baxımdan müəllimlərin sertifikasiyadan keçməsi təqdirəlayiqdir”.

Chosen
66
43
azedu.az

10Sources