ABŞ İran nüvə proqramını bərpa edərsə, onu yenidən vuracaq
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidentyi Donald Tramp deyib. Tramp bildirib ki, İranın nüvə obyektləri ABŞ-ın zərbələri nəticəsində tamamilə məhv edilib.
"Tehranın nüvə proqramı ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən onilliklər sonra geri çəkilib" Ağ Ev rəhbəri qeyd edib.
"Düşünürəm ki, ümumilikdə onilliklərdən gedir. Ona görə də onların bunu bir daha bərpa edəcəklərini düşünmürəm", - o, Haaqada NATO-nun baş katibi Mark Rutte ilə görüşdə deyib.
"Yuxarıdan baxanda unutmayın ki, alov yerin altında olan hər şeyi deyil, yerdəki hər şeyi bürüyüb. Əvvəlki və sonrakı şəkillərə baxsanız, yuxarıdakı hər şey, ağaclar, tamamilə hər şey yanıb kül olub. Məncə, bu, tamamilə dağıntı idi", - Amerika lideri deyib.