Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.
Kanadada "Flair" Hava Yolları əməkdaşının müsəlman qadından hicabını çıxarmasını tələb edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Afsara Raidah anasının başına gələnlərlə bağlı verdiyi açıqlamada, hava limanı işçisinin pasportundakı şəklin hicab taxmağa başlamazdan əvvəl çəkildiyini əsas gətirərək, anasının hicabını çıxarmasını tələb etdiyini bildirdi.
Anasının üzünün fotoda olduğu kimi tamamilə göründüyünü vurğulayan Raida, atasının bu hadisəyə etiraz etməsindən sonra iddiaya görə şirkət işçisi "O zaman pasport şəklini yeniləməliydin” deyib.
Raidah Facebook hesabındakı paylaşımında "Flair Airlines, sən bu gün anamın hüquqlarını tapdaladın və Toronto Pearson hava limanında onu aşağıladın. Biz susmayacağıq" deyib.
Anasının yaşadığı hadisənin müsəlmanlara qarşı (İslamofobiya) olduğuna diqqət çəkən Raidah bunları qeyd etdi:
"Bu, anamın din azadlığının və əsas insan hüquqlarının pozulması idi. Bu hadisə müxtəlifliyə, inklüzivliyə və hörmətə dəyər verdiyini iddia edən Kanadada baş verib".
Hava yollarının rəsmi açıqlamasında baş verənlərlə bağlı üzr istədiyi və həmin əməkdaşın işindən uzaqlaşdırıldığı bildirilib.
Gülay
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.