EN

“Tamamilə məhv edilməyib”

ABŞ-ın İrandakı üç nüvə obyektini bombalaması ilə bağlı ilkin hesabata görə, hücumlar ölkənin nüvə proqramını “tamamilə məhv etməyə” müvəffəq olmayıb, ancaq onu bir neçə ay gecikdirib.

Məsələ ilə tanış olan rəsmilərin sözlərinə görə, hücumlar bəzi obyektlərin girişlərini bağlamaqda uğurlu olsa da, yeraltı tikililəri məhv edə bilməyib.

Hücumdan əvvəl ABŞ kəşfiyyat agentlikləri hesab edirdilər ki, İran nüvə bombası istehsal etmək qərarına gəlsə, bunu təxminən üç ay ərzində edə bilər.

ABŞ-ın bombardmanlarından və İsrailin hücumlarından sonra hazırlanan yeni hesabatda proqramın “altı aydan az” gecikdiyi bildirilir.

Hesabat nüvə proqramının əsas komponentlərinin, o cümlədən sentrifuqaların aylar ərzində yenidən işə salına biləcəyi qənaətinə gəlib.

***

Məlumata görə, İran hücumdan əvvəl zənginləşdirilmiş uran ehtiyatının böyük hissəsini başqa yerlərə köçürüb və bu materialın çox az hissəsi məhv edilib.

Bəzi rəsmilər hesab edir ki, İran bu materialın bir hissəsini gizli obyektlərə köçürmüş ola bilər. Bəzi İsrail rəsmiləri də hesab edir ki, İran kiçik miqyaslı gizli zənginləşdirmə obyektlərini mümkün hücumlardan qoruyur.

***

Fordo, Natanz və İsfahandakı üç obyektə orta və ya ciddi ziyan dəydiyi bildirilir, ən ciddi ziyan isə Natanz obyektində baş verib. İranın bu obyektləri yenidən inşa edib-etməyəcəyi bəlli deyil.

Keçmiş rəsmilər deyirlər ki, əgər İran tez bir zamanda nüvə bombası istehsal etmək qərarına gəlsə, bu, çox güman ki, kiçik və primitiv bir bomba olacaq və mini nüvə başlıqlarının istehsalı xeyli çətinləşəcək.

Bu cür qabaqcıl tədqiqat işlərinə dəyən zərərin həcmi hələ məlum deyil.

***

Hərbi ekspertlər Fordon başda olmaqla dağın 75 metrdən çox altında basdırılmış obyektləri məhv etmək üçün hava hücumlarının günlər sürəcəyini bildirmişdilər.

ABŞ təyyarələri təkcə iyunun 21-də Fordoya ən azı iki dəfə hücum edib. “B-2” bombardmançıları Fordoya 12 GBU-57 “bunker buster” bombası atdılar.

Bildirilib ki, obyektdə 6 iri çuxur əmələ gəlib. Bununla belə, bir çox bomba mütəxəssisi bir günlük hücumun qeyri-kafi olacağına inanır.

Trampın “nüvə obyektləri məhv edilib” ifadələri bu ilkin zərərin qiymətləndirilməsi ilə ziddiyyət təşkil edir. ABŞ Konqresinə çərşənbə axşamı planlaşdırılan brifinq təxirə salınıb.

Müdafiə naziri Pit Heqset Trampın qiymətləndirməsini təkrarlayaraq, bombaların hədəfləri dəqiqliklə vurduğunu və İranın nüvə silahı istehsal etmək qabiliyyətinin məhv edildiyini iddia edib.

***

Rəsmilər beş səhifəlik hesabatın yalnız ilk qiymətləndirmə olduğunu bildirdilər.

Müdafiə Kəşfiyyat Agentliyinin hesabatına görə, İran nüvə materialının böyük hissəsini saxlamağa davam edir və istəsə, hələ də bomba istehsal etmək gücünə malik ola bilər.

Kəşfiyyat rəsmiləri deyirlər ki, İran hələ də nüvə silahı istehsal etmək barədə qərar qəbul etməyib, lakin bu qərar qəbul edilərsə, tez hərəkətə keçə bilər. Hücumların İranı belə bir qərara sövq edib-etmədiyi hələlik məlum deyil.

“Əməliyyatın məqsədi İranın nüvə infrastrukturunu ciddi şəkildə zəiflətmək olub”, – Birləşmiş Qərargah Rəislərinin sədri general Den Keyn bildirib.

Bununla belə, o vurğulayıb ki, son zərərin qiymətləndirilməsi üzrə səylər davam edir və İranın proqramının nə qədər hissəsinin qaldığını müəyyənləşdirmək hələ tezdir.

Chosen
10
vaxt.az

1Sources