EN

Neymar Fənərbaxça nın təklifindən imtina etdi, qərarını verdi

Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Fənərbaxça”nın transfer etmək istədiyi Neymar ən azı ilin sonuna qədər “Santos”da qalacaq.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, Braziliya klubu onunla müqavilə müddətini artırıb. Neymar Türkiyədən gələn təklifi geri çevirib.

Yeni müqavilə bu ilin sonuna qədər qüvvədədir, lakin uzadılma opsiyası da istisna edilmir.

Xatırladaq ki, 33 yaşlı Braziliya millisinin futbolçusu bu qış Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan azad agent kimi "Santos"a keçib. Altı ay ərzində forvard 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Ümumilikdə Neymar "Santos"un heyətində 237 matçda 139 qol vurub və 69 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
sportal.az

2Sources