EN

Təyyarə 15 saat havada qaldıqdan sonra GERİ QAYITDI

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Avstraliya mərkəzli Qantas hava yolu şirkətinə məxsus Paris istiqamətində uçan sərnişin təyyarəsi, Orta Şərqdəki hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən havaya qalxdıqdan 15 saat sonra ilkin uçuş nöqtəsi olan Perth şəhərinə geri dönməyə məcbur qalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.

Məlumata görə, ABŞ-ın İrana qarşı hücumundan sonra bölgədə yaranan gərginlik nəticəsində bəzi ölkələrin hava məkanını müvəqqəti bağlaması təyyarənin geri dönməsinə səbəb olub. Təyyarə Hind okeanı üzərində, Hindistanın cənub-qərbinə yaxın bir nöqtədə olarkən geri qayıdıb.

Qantas şirkəti sosial media platforması X üzərindən verdiyi açıqlamada, "Orta Şərqdə baş verən əlavə hava məkanı bağlanmaları və hava hərəkətindəki sıxlıq səbəbilə Perth–Paris reysi geri qaytarılıb," – deyə bildirib.

Avstraliyanın Xarici İşlər Naziri Penny Wong isə X hesabında qeyd edib: "Bölgədəki müvəqqəti hava məkanı bağlanmaları səbəbindən uçuşlarda gecikmələr və ləğvlər yaşana bilər. Tranzit bölgələr ətrafında hava məkanının bağlanması qlobal aviasiyaya təsir göstərir.”

Oksana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
azxeber.com

2Sources