EN

Azərbaycanda ödəniş kartları və POS-terminalların sayı açıqlanıb

Bakı. Trend:

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonundadövriyyədə olan ödəniş kartlarının sayı hesabat ilinin əvvəlinənəzərən 562 min ədəd və ya 2.8% artaraq 20 milyon 461 min ədədtəşkil edib. Ödəniş kartlarında debet kartlarının sayı 4% artmış,kredit kartlarının sayı isə 6.2% azalıb.

Bu barədə TrendMərkəzi Banka istinadən xəbər verir.

Bildirilib ki, ödəniş kartlarının artması nağdsız ödənişlərinhəcminə müsbət təsir göstərib:

"Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmikeçən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb. 2025-ci ilin mayayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsızödənişlərin həcmi 8,074 milyon manat təşkil edib".

Qeyd edilib ki, həyata keçirilən nağdsız ödənişlərin 7,053milyon manatı elektron ticarətin payına düşür:

"Qalan məbləğin 1,016 milyon manatı POS-terminallar, 3.2 milyonmanatı isə özünə xidmət terminalları vasitəsiləgerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsızölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının67.1%-ni təşkil edib".

"Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrədinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonuilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 42.4%artıb", - deyə məlumatda vurğulanıb.

Chosen
34
az.trend.az

1Sources