Nikol Paşinyana düşmən kəsilən “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdaşları hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlayıblar. Bu barədə Ermənistan İstintaq Komissiyasından bildirilib.
“Arxiyepiskop Baqrat 2024-cü ilin noyabr ayından etibarən Ermənistan Konstitusiyası ilə icazə verilməyən üsulla hakimiyyət dəyişikliyinə nail olmağı qarşısına məqsəd qoyub və bu məqsədə çatmaq üçün hərəkatın bir sıra iştirakçılarının əvvəlcədən razılığı ilə terror aktları törətmək və hakimiyyəti ələ keçirmək məqsədilə lazımi vasitələr və alətlər əldə edib”, - məlumatda qeyd olunub. Artıq səhər saatlarından Ermənistan hüquq-mühafizə orqanları keşişin evində axtarışlara başlayıblar.
Mətləb Salahov