EN

14 min "Birbank" istifadəçisinin smartfonlarında zərərli proqram təminatı aşkarlanıb

Bakı. Trend:

Bu ilin birinci rübündə 14 min "Birbank" istifadəçisininsmartfonlarında zərərli proqram təminatı aşkarlanıb.

Trend xəbərverir ki, bunu "Kapital Bank"ın İnformasiya TəhlükəsizliyiDepartamentinin direktoru Çingiz Səfərli bu gün Bakıda keçirilən“FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”nin ikincigünündə çıxışı zamanı deyib.

O bildirib ki, "Kapital Bank" olaraq müştəri məsuliyyətində dəonlara dəstək olurlar: "Tətbiq etdiyimiz yeni texnologiyalarvasitəsilə hər hansı bir zərərli proqram təminatı varsa,"Birbank"ın mobil tətbiqi radikal formada fəaliyyətini dərhaldayandırır və müştəriyə xüsusi alətlərlə bu zərərli proqramlardanqurtulmaq üçün yollar təklif edir. Beləliklə, biz 2025-ci ilin ilkrübündə 14 min müştəridə bu halı aşkarlamışıq. Həmin müştərilərimizöz smartfonlarından zərərli proqram təminatını silə biliblər.Hazırda onlar normal qaydada "Birbank" tətbiqindən faydalanabilirlər".

"Bu halları, əsasən, "Android" cihazlarında müşahidə edirik.Hələ ki "iOS" əməliyyat sistemlərində belə bir hal ilərastlaşmamışıq", - deyə Ç. Səfərli qeyd edib.

Chosen
8
4
az.trend.az

10Sources