EN

Trampın impiçmenti haqqında qanun layihəsi rədd edildi

ain.az, Gununsesi saytına istinadən bildirir.

ABŞ-nin Konqresin təsdiqi olmadan İrana hücum etdiyi əsası ilə Trampa qarşı irəli sürülən impiçment qanunu 79 əleyhinə 334 səslə rədd edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin İsrailin İrana hücumları ilə başlayan bombardmanlarla münaqişəyə qoşulması səbəbindən prezident Donald Trampa qarşı təqdim edilən impiçment qanun layihəsi rədd edilib.

Texas ştatının Demokratik Nümayəndəsi Al Qrin tərəfindən təqdim edilən impiçment qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə çıxarılıb.

ABŞ-ın Konqresin təsdiqi olmadan İrana qarşı həyata keçirdiyi hava hücumlarına görə prezident Trampın impiçmentini nəzərdə tutan qanun layihəsi 344 “xeyr” əleyhinə, 79 “hə” səsi ilə rədd edilib.

Böyük əksəriyyət “yox” səs verdi, bu, demokratların ABŞ-ın İrana hücumlarından narahat olmasına baxmayaraq, Trampı vəzifəsindən uzaqlaşdırmaq istəməməsi kimi şərh edildi.

Nümayəndələr Palatasındakı 435 yerdən 220-si respublikaçılar, 212-si demokratlar, 3-ü isə boşdur.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
icma.az

1Sources