EN

Ermənistanda arxiyepiskopu terrorda ittiham ediblər

Ermənistanın İstintaq Komitəsi (İK) “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdaşlarını hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Qeyd olunub ki, ötən ilin noyabrından arxiyepiskop Ermənistanda ölkə konstitusiyasının icazə vermədiyi şəkildə hakimiyyət dəyişikliyinə nail olmağa çalışır. Bu məqsədə çatmaq üçün əvvəllər hərəkatın bəzi iştirakçılarının razılığını alaraq, guya din xadimi lazımi vasitə və alətlər əldə etmiş, həm də qəsdən münasib şərait yaratmışdır.

Həmçinin, “Müqəddəs mübarizə”nin Telegram kanalı xəbər verib ki, iyunun 25-də səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkat tərəfdarlarının mənzillərində, eləcə də Qalstanyanın evində axtarışlar aparıblar.

Poliqon.info 

Chosen
12
poliqon.info

1Sources