Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Silahlı Qüvvələr mənsublarına təbrik ünvanlayıb.
Publika.az xəbər verir ki, ƏHD Partiyası mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir:
“Azərbaycan Silahlı Qüvvəllərinin dəyərli əsgər və zabitləri!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə sizi ürəkdən təbrik edirəm!
107 il bundan öncə, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir müddət sonra yaradılmış Azərbaycan Milli Ordusu çətin və şərəfli yol keçib.
Müstəqilliyimizin qarantı olan ordumuz böyük tarixə malikdir. İstər cümhuriyyət dönəmində, istərsə də müstəqilliyimizin bərpasından sonra Azərbaycan Silahlı Qüvvələri vətənimizin müdafiəsi və dövlətçiliyimizin möhkəmlənməsində müstəsna xidmətlər göstərib.
Zabit və əsgərlərimizin şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz təmin olunub.