EN

Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Azertag saytına istinadən ain.az xəbər verir.

Naxçıvan, 25 iyun, AZƏRTAC

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndləri və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xəttə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb.

Təmir-bərpa işləri gün ərzində yekunlaşacaq və suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
47
azertag.az

10Sources