Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik son açıqlaması ilə diqqət çəkib. "Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssis yaşlı oyunçulara astronomik məbləğlər xərcləyən klubların transfer siyasətini tənqid edərək bunları deyib:
''Mən bir klubun prezidenti və ya idman direktoru olsaydım, yalnız gənc oyunçulara yönələrdim. Çünki məntiqli olan da məhz budu. 28-30 yaşlı futbolçu üçün 30, 40, 50 milyon avro ödəmək, onun özünə 15 milyon avro maaş vermək və üstəlik beşillik müqavilə imzalamaq mənə məntiqli gəlmir. Bu dediklərimə əsasən hesablasaq, həmin oyunçuya 5 il ərzində 75 milyon avro maaş verilir. 50 milyon da transferinə görə ödənilirsə, deməli klubun büdcəsindən 125 milyon avro çıxır. Hələ bura menecer və digər pulları da əlavə etsək, 130 milyon avro alınır. Bu, tamamilə qumar oynamağa bənzəyir. Elə bil 130 milyon avronu götürüb kazinoya xərcləyirsən. Çünki oyunçunun performansı 1-2 il ərzində aşağı enirsə, bu boyda pullar faktiki olaraq boşuna getmiş olur. Bəlkə də bir az sərt formada izah etdim, amma nə demək istədiyimi anladız. Son Çempionlar Liqasının iki ən diqqətçəkən komandası PSJ ilə ''Barselona'' oldu. Onlar həm də turnirin ən gənc klubları idi. Bu məqam müasir futbolun hansı istiqamətdə irəlilədiyini göstərir. Böyük sərmayəni yalnız gənc oyunçulara qoymaq lazımdı. Onlar həm inkişafa meyillidi, həm də sənə uzun müddət fayda verirlər''.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.