EN

İsrail Qəzzada yeddi hərbçisini itirdi

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələrinin (IDF) 7 hərbçisi Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı həlak olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məıumat yayıb.

Məlumata görə, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində zirehli transportyorda baş verən partlayış nəticəsində 7 hərbçi həlak olub, bir hərbçi isə ağır yaralanıb.

Onların hamısı “Barak” Briqadasının 605-ci Mühəndis Döyüş Batalyonunda xidmət edirdilər.

Bu məlumatı nəzərə alsaq, Yaxın Şərqdəki münaqişənin yeni mərhələsi zamanı həlak olan İsrail əsgərlərinin sayı 878-ə çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
1
yeniavaz.com

2Sources