Füzuli rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib. “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillər toqquşub. Hadisə 6-cı Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı avtomobildə əyləşən Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində ölüblər. Faktla bağlı araşdırma davam etdirilir.
Mətləb