BAKI, 25 iyun. TELEQRAF
“Qarabağ”dan ayrılan Olivio Juninyonun çıxış etdiyi Braziliyanın “Flamenqo” klubu ABŞ-da təşkil olunan klublararası dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, D qrupunda yer alan Rio-de-Janeyro təmsilçisi ötən gecə yerli “Los-Anceles” ilə 1:1 hesablı heç-heçə edib.
Ümumilikdə 7 xal toplayan “Flamenqo” qrup lideri kimi mərhələ adlayıb. Qrupdan daha bir vəsiqəyə 6 xala malik "Çelsi" sahib çıxıb.
3 xala malik Tunisin "Esperans" və 1 xalı olan "Los-Anceles" komandaları qrupda qalıb.
Qeyd edək ki, pley-off mərhələsində “Flamenqo” “Bavariya” ilə, “Çelsi” isə “Benfika” ilə qarşılaşacaq.