EN

Çində yenə ölümcül virus tapıldı Bu dəfə də yarasalar diqqət mərkəzindədir

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Çinin Yunnan vilayətindəki Endemik Xəstəliklərin Nəzarəti İnstitutunun alimləri yarasalarda iki yeni, ölümcül virus aşkar ediblər.

Yenisabah.az xəbər verir ki, genetik analizlər bu virusların insanlar üçün təhlükəli olan Nipah və Hendra viruslarına çox yaxın olduğunu göstərib.

Yeni aşkarlanan patogenlər beyində ağır iltihab və tənəffüs yollarında ciddi xəstəliklərə səbəb ola bilər. Viruslar əsasən meyvə ilə qidalanan yarasalarda aşkarlanıb. Bu yarasalar meyvə bağlarının yaxınlığında, insanların yaşadığı ərazilərdə yaşayır.

Alimlər xəbərdarlıq edirlər: bu tip viruslar yarasaların sidiyi vasitəsilə meyvələrə keçə bilər. Bu isə insanlar üçün yoluxma riskini artırır. Tədqiqatçılar xüsusilə çirklənmiş meyvələrlə təmasdan çəkinməyi tövsiyə edirlər.//Musavat.com 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
4
yenisabah.az

5Sources