EN

Qüdrət Həsənquliyev Azərbaycan hərbçilərini təbrik edib

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Silahlı Qüvvələr mənsublarına təbrik ünvanlayıb.

ƏHD Partiyası mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, təbrikdə deyilir: “Azərbaycan Silahlı Qüvvəllərinin dəyərli əsgər və zabitləri!

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə sizi ürəkdən təbrik edirəm!

107 il bundan öncə, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir müddət sonra yaradılmış Azərbaycan Milli Ordusu çətin və şərəfli yol keçib.

Müstəqilliyimizin qarantı olan ordumuz böyük tarixə malikdir. İstər cümhuriyyət dönəmində, istərsə də müstəqilliyimizin bərpasından sonra Azərbaycan Silahlı Qüvvələri vətənimizin müdafiəsi və dövlətçiliyimizin möhkəmlənməsində müstəsna xidmətlər göstərib.

Zabit və əsgərlərimizin şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz təmin olunub.

Bu müqəddəs yolda neçə-neçə qəhrəman əsgər və zabitlərimiz torpaq uğrunda öz canlarını fəda edib, şəhidlik zirvəsinə ucalıblar.

Ordumuz üzərinə düşən ağır və tarixi vəzifəni layiqincə yerinə yetirdi və 30 il işğal altında qalan torpaqlarımızı cəmi 44 günə azad etdi.

Bununla da xalqımızın şərəfli qəhrəmanlıq tarixi yenidən yazıldı. Biz bu vəzifənin öhdəsindən ləyaqətlə gəlmiş, xalqımıza qələbə sevinci yaşatmış Azərbaycan əsgərinin xidmətlərini yüksək qiymətləndiririk.

Dəyərli Azərbaycan əsgəri! Sizi təbrik edir, hər birinizə möhkəm cansağlığı arzulayıram!”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
2
icma.az

3Sources