EN

Bu tarixdən Məhərrəm ayı başlayır


Sabah Məhərrəm ayı başlayır.

News24.az xəbər verir ki, miladi təqvimlə iyunun 26-sı Məhərrəm ayının ilk günüdür.

Hicri-qəməri təqvimlə 1446-cı il başa çatır, yeni 1447-ci il başlayır. Məhərrəm ayı hicri-qəməri tarixin birinci ayıdır. Məhərrəm ayının 1-i miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf edir.

Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 5-nə düşəcək. "Aşura" sözününün ərəbcədən tərcümədə mənası "onuncu" deməkdir. İyulun 25-i Məhərrəm ayının son günüdür.

Növbəti gün, iyulun 26-ı isə Səfər ayı başlayacaq. Avqustun 23-də Səfər ayı başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya əsasən, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və sair dinimizə görə qəbuledilməzdir. “Dini etiqad azadlığı haqqında” Qanununun müddəalarına riayət edərək dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Qeyd edək ki, Aşura mərasimi Məhərrəm ayının 10-da Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əlinin ailəsi və tərəfdarları ilə birlikdə I Yezidin əmri əsasında Übeydulla ibn Ziyadın qüvvələri tərəfindən şəhid edildiyi Kərbəla döyüşünün ildönümüdür.


Chosen
10
7
news24.az

8Sources