Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı 3 nəfər həyatını itirib.
Onlardan ikisinin qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.