EN

Vitkoff: "Bu, Vətənə xəyanətdir" - "Biz İranın təkcə Fordoya 12 bunker deşici bomba atdıq..."

ABŞ lideri Donald Trampənxüsusi nümayəndəsi Stiv Vitkoff İranın nüvə obyektlərinin məhv edilməsi ilə bağlı təfərrüatlardan danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fox News-a canlı müsahibəsində İranın nüvə potensialının tamamilə məhv edildiyini xatırladaraq, ABŞ mediasında yer alan iddiaları təkzib edib.

Vitkoff deyib: "Biz İranın nüvə obyekti Fordoya 12 bunker deşici bomba atdıq. Onun qoruyucu örtüyü keçərək məhv edildiyinə şübhə yoxdur"

O, ABŞ-da bəzi media orqanlarının zərbələrin nüvə obyektlərinə tam təsir etmədiyi haqda iddialarına isə belə izah verib: "Bu, hansı mənbəyə əsaslanmış məlumatdır? Hansı tərəfə aid olursa olsun, bu cür məlumatların sızdırılması çirkindir. Bu, vətənə xəyanətdir, ona görə də araşdırılmalıdır. Bunu kim edibsə, bu işə kim cavabdehdirsə, cavab verməlidir. Qaldı əsassız xəbərə, nüvə obyektlərinin tam məhvini digər ölkələr də təsdiqləyib. İran bir daha heç vaxt hədəfinə çatmayacaq. Bu, iş bitdi. Bundan sonra a mümkün deyil".

Xatırladaq ki, ölkə başçısı Tramp da ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinin nüvə obyektlərinə tam təsir etmədiyi, yalnız işi bir neçə ay gecikdirdiyi haqda xəbərlərini qəzəblə qarşılayıb. O, bu cür yalan xəbərləri yayanları saxtakarlıqda ittiham edib: "Saxta xəbər kanalı CNN, uğursuz "New York Times"la birlikdə tarixin ən uğurlu hərbi hücumlarından birini etibarsızlaşdırmaq üçün birləşiblər..."

Lamiyə Əhmədli
MİA.AZ

 

Chosen
19
2
mia.az

10Sources