EN

Bakı İsraillə İran arasında atəşkəsiALQIŞLAYIR

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəslə bağlı məlumat yayıb.

 

Senzor.az bildirir ki, məlumatda deyilir: “İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq”.

 

Məlumatda vurğulanıb ki, bu razılaşma regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

 

“Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

 

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə məlumatda qeyd edilib.

Chosen
13
46
senzor.az

10Sources