EN

ABŞ-ın hava hücumları İranın nüvə obyektlərinə ciddi ziyan vurub – AEBA

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) fikrincə, ABŞ-ınhəyata keçirdiyi hava zərbələri nəticəsində İranın nüvə obyektləriciddi şəkildə zədələnib.

Trend xəbər verir ki, bubarədə AEBA-nın baş direktoru Rafael Qrossi "Fox News" telekanalınamüsahibəsində bildirib.

"Biz üç sahədə çox ciddi ziyan qeydə almışıq. İlk olaraq, Natanzobyektinə zərbə endirilib və burada uranın zənginləşdirilməsihəyata keçirilən əsas zallardan biri ciddi şəkildə zədələnib. Həttayeraltı hissəsi də əvvəl dolayı, sonra isə birbaşa şəkildə zərərgörüb", – deyə o bildirib.

İsfahandakı obyektə toxunan Qrossi əlavə edib: "Bu kompleksmüxtəlif fəaliyyətlərin həyata keçirildiyi bir neçə binanı əhatəedir. Həmin ərazi də ciddi şəkildə zərər görüb".

Baş direktorun sözlərinə görə, Fordodakı obyekt daha möhkəmmüdafiə olunmuşdu: "Buna baxmayaraq, biz dərinə nüfuz edənsursatların belə bir tikiliyə də ciddi ziyan vurduğunu müşahidəetdik. Orada heç kim olmasa da və hadisə şahidi olmasa da, nəticəetibarilə zərərin çox əhəmiyyətli olduğu görünür".

Qrossi hər üç obyektə toxunaraq əlavə edib ki, ümumilikdəyaranan ziyan olduqca ciddi və genişmiqyaslıdır.

Chosen
81
1
az.trend.az

10Sources