EN

Ağ Ev-dən İranın nüvə obyektlərinə zərbələrin uğursuz olmasına reaksiya

BAKI, 25 iyun. TELEQRAF

ABŞ-nin İrana zərbələrininuğursuz olması və nüvə proqramının məhv edilməməsinə dair iddialar yalandır.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karoline Levitt X sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Bu güman edilən “qiymətləndirmə” tamamilə yanlışdır və “tam məxfi” kimi təsnif edilən bu "xəbər" aşağı səviyyəli kəşfiyyat mənbəsi tərəfindən CNN-ə sızdırılıb” - deyə, o qeyd edib.

Bundan əvvəl CNN kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, ABŞ zərbələri İranın nüvə proqramının əsas komponentlərini məhv etməyib.

İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo olub. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülmüşdür ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edib.

B-2 bombardmançıları Fordoya betonları dəlib keçən mərmilər atıblar. Bundan əlavə, sualtı qayıqlar İsfahan və Natanzdakı nüvə obyektlərinə “Tomaqavk” qanadlı raketləri atıblar.

Tramp deyib ki, İranın əsas uranın zənginləşdirilməsi obyektləri tamamilə məhv edilib. İran isə Fordo zavodunun yalnız qismən zədələndiyini iddia edir.

Chosen
22
32
teleqraf.com

10Sources