EN

Ərdoğan Trampla görüşdü. Nədən danışdılar?

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvəsi üçün Niderlandın Haaqa şəhərində olduğu zaman ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirdi.

AzNews.az-ın Türkiyə Prezident Administrasiyasına istinadən verdiyi məlumata görə, görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan görüşdə enerji və investisiya başda olmaqla müxtəlif sahələrdə iki ölkənin böyük potensiala malik olduğunu, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin ümumi 100 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmağı asanlaşdıracağını bildirib.

Prezident Ərdoğan ABŞ Prezidenti Trampın səyləri ilə İsrail və İran arasında əldə edilən atəşkəsi məmnuniyyətlə qarşıladığını, bunun daimi olmasını arzuladığını vurğulayıb. O həmçinin, Qəzzadakı humanitar faciənin tez bir zamanda sona çatdırılmasının və Rusiya ilə Ukrayna arasında müharibənin sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.

Chosen
23
3
aznews.az

8Sources