Fransanın məşhur “Olimpik Lion” klubu 2-ci Liqaya göndərilib.
“Qafqazinfo” “L'Equipe”yə istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə hesabatlarının pozulması olub.
Bundan əvvəl isə “Lion”un 505,1 milyon avro məbləğində borcu olduğu bildirilib.
Qeyd edək ki, klub ötən mövsümü 6-cı pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanmışdı.